Menu

“Şimali Koreya ilə dialoqa açığıq” - Blinken

13.02.2022, 11:36
“Şimali Koreya ilə dialoqa açığıq” - Blinken

ABŞ Koreya Xalq Demokratik Respublikası(KXDR) ilə ilkin şərt olmadan dialoqa açıqdır və ona qarşı heç bir düşmən niyyəti yoxdur. TASS xəbər verir ki, bu sözləri mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Mən vurğulamaq istəyirəm ki, bizim KXDR-ə qarşı heç bir düşmən niyyətimiz yoxdur. Pxenyan bu yolu seçərsə, biz ilkin şərt olmadan dialoqa açıq qalırıq", - deyə dövlət katibi bildirib.

Eyni zamanda o, Şimali Koreyanın yeni raket sınağı həyata keçirəcəyinə şübhə etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol