Menu

Türkiyə BƏƏ ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq edəcək

14.02.2022, 23:00
Türkiyə BƏƏ ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə 13 müqavilə imzalanıb.

Sazişlər səhiyyə, iqlim, sənaye və qabaqcıl texnologiyalar, mədəniyyət, kənd təsərrüfatı, quru və dəniz nəqliyyatı, gənclər siyasəti, fövqəladə halların idarə edilməsi, meteorologiya, media və kommunikasiya kimi sahələri əhatə edir.

Həmçinin, ölkələr arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi üzrə danışıqların başlanmasına dair Nazirlərin Birgə Bəyanatı, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlıq görüşlərinin başlanmasına dair Niyyət Məktubu imzalanıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın BƏƏ-yə rəsmi səfəri Abu Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə həyata keçirilir. (“Haber Global”)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol