Menu

Zelenski Şolts ilə Rusiyaya qarşı sanksiyalar paketini müzakirə edib

14.02.2022, 23:54
Zelenski Şolts ilə Rusiyaya qarşı sanksiyalar paketini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şolts ilə Rusiyaya qarşı sanksiyalar paketini müzakirə edib.

APA bu barədə TASS informasiya agentliyi məlumata yayıb.

“Biz ehtimal olunan təcavüzə qarşı hərtərəfli sanksiyalar paketinin tətbiqi məsələsini müzakirə etdik. Mənim mövqeyim məlumdur: aqressiyanın qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək”, - deyə Zelenski görüşdən sonra keçirilən brifinqdə deyib.

Ukrayna Prezidenti bildirib ki, Almaniya kansleri ilə danışıqlar zamanı Avropada təhlükəsizlik məsələləri əsas diqqət mərkəzində olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol