Menu

“Zəngəzur dəhlizinin açılması Avropa İttifaqına üzv ölkələr üçün də yeni imkanlar yaradacaq” - MM sədri

15.02.2022, 11:15
“Zəngəzur dəhlizinin açılması Avropa İttifaqına üzv ölkələr üçün də yeni imkanlar yaradacaq” - MM sədri

“Ermənistan işğal altında qalan torpaqlarımızı viran qoyub. Azərbaycan torpaqlarımızı işğaldan azad etdikdən sonra sülh sazişinin imzalanması ilə bağlı bir neçə dəfə Ermənistana təkliflər verib”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin (MM) sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında Baltikyanı ölkələrə səfərindən danışarkən deyib.

“Zəngəzur dəhlizinin açılması nəinki region, Avropa İttifaqına üzv ölkələr üçün də yeni imkanlar yaradacaq. Ölkəmiz Avropa İttifaqı ilə enerji təhlüəsizliyinə mühüm töhfələr verir”, - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol