Menu

"Rusiya müharibə istəmir" - Putin

15.02.2022, 19:48
"Rusiya müharibə istəmir" - Putin

Rusiya müharibə istəmir, ona görə də Avropada bərabər təhlükəsizliyi təmin etmək üçün danışıqlar aparmağı təklif edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Rusiya lideri "Deutsche Welle"nin Avropada müharibə ehtimalını istisna edib-etmədiyinə dair sualına cavabında "Biz bunu istəyirik, yoxsa yox? Təbii ki, yox", - deyə vurğulayıb.

“Danışıqlar prosesi ilə bağlı təkliflər irəli sürmüşük ki, bunun nəticəsi hamı, o cümlədən ölkəmiz üçün bərabər təhlükəsizliyin təmin edilməsinə dair razılaşma olmalıdır”, - Putin izah edib.

Putinin sözlərinə görə, Moskva dialoqun bu şəkildə inkişaf edəcəyini gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol