“HALAL PENSİYA İLƏ DOLANAN” MİLYONÇU GENERALLAR... - Onların dövlətdən təqaüd almağa mənəvi haqqı çatırmı?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev məhkəmədə Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun dindirilməsi məsələsini tələb edib. 

Şıxəliyev çoxsaylı cinayətlərin – korrupsiya, reketçilik və s. əməllərin Usubovun göstərişi və idarəçiliyilə törətdildiyini bildirib: “Mən bu işlərdə heç kim olmuşam. Rüstəm Usubov məsələni həll etdiyi üçün mən qarışa bilməmişəm”.

Usubov isə bu ittihamlarla bağlı sualı mətbuata belə cavablandırıb: “Belə adamlarla bağlı heç mənə zəng vurmayın. Kimdir, o? Kim mənim boynuma nəsə yıxmaq istəyirsə, özü bilər. Kim nə danışır, nə deyir, mənə maraqlı deyil. Mən onun adını çəkib cavab verməyəcəm. Getsin, işi ilə məşğul olsun!”.

Rüstəm Usubov da Şıxəliyev kimi, genaraldır, özü də bir rütbə üstün - general-leytenant (Usubovun daşıdığı 2-ci dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi general-leytenant hərbi rütbəsinə bərabərdir-C.M).

Budur, bu adamlar Azərbaycanın generalları sayılırlar və göründüyü kimi, adətən mafiyaların, quldur dəstələrinin menyusuna aid olan və uzun müddət hamının gözü qarşısında baş vermiş ağır cinayətləri indi bir-birilərinin üstünə atırlar. Dara düşən kimi bir-birilərini “bir qara qəpiyə” satır, hər cür cildə girirlər. Nə səviyyələri, nə qürurları, nə də general rütbəsinə uyğun olan digər vacib keyfiyyətləri var. Ancaq nə olsun? Siz bu adamların hazırkı imkanlarına, varidatına, milyonlarına baxın!

İstəsək də, istəməsək də Azərbaycanda vəzifəli-vəzifəsiz elə generallar var ki, bu məmləkətə üz qarası, general rütbəsinə ləkədir. Adları müxtəlif cinayətlərdə, özbaşınalıqlarda, qanunsuz əməllərdə, rüşvətdə, korrupsiyada hallanan və əksər hallarda da haqlı olaraq ittiham edilən elə generallar var ki, çiyinlərində iri-iri ulduzlar daşısalar da, daxilən adi dələduz, rüşvətxor, qorxaq və yaltağın biridir. Buna baxmayaraq, belələrinin varidatı, mülkləri, güzəranları layiq olduqları həyatdan milyonlarla dəfə üstündür.

Eldar Mahmudov – general-polkovnik, Mövlam Şıxəliyev – general-mayor, Zakir Qaralov – general-polkovnik(1-ci dərəcəli dövlət ədliyyə müşaviri), Rüstəm Usubov – general-leytenant(2-ci dərəcəli dövlət ədliyyə müşaviri), Nəcməddin Sadıkov – general-polkovnik, Fazil Məmmədov – general-polkovnik(1-ci dərəcəli dövlət vergi xidməti müşaviri),  Rövşən Əkbərov - general-leytenant və s... Bu siyahını uzatdıqca da uzatmaq olar və bu adamların varidatını üst-üstə toplayan olsa, yüz milyonlar, bəlkə də milyardlar alınar.

Ancaq yəqin, sosial ədalətin təcəssümüdür ki, belə şəxslər böyük maddi imkanlarına rəğmən, indiyə qədər çapıb-taladıqları azmış kimi, indi dövlətdən iri məbləğlərdə pensiya da alırlar, general rütbəsinin verdiyi çoxsaylı imtiyazlardan istifadə edirlər. Necə “layiqli general” olublarsa, o cür də “halal pensiyaçı”dırlar. Əslində, belələri dövlətdən nəsə almaq əvəzinə, məlum yollarla qazandıqlarını dövlətə qaytarmalıdırlar!

“Xidmətləri” hər kəsə bəlli olan bəzi məlum generalların sosial ədalətsizliyin qurbanına çevrildiyi üçün 240 manat minimum pensiya alan və həmin pulla nəinki özünü, hətta nəvlərini də dolandırmaq məcburiyyətində qalan əsl zəhmətkeş kişilərin yaşadığı bir məmləkətdə minlərlə manat pensiya almağa ən azından mənəvi haqqı yoxdur!

Məsələn, əli neçə-neçə şəhidlərimizin qanına bulaşdığı bildirilən və hansı dairələrə xidmət etdiyi heç kim üçün sirr olmayan Nəcməddin Sadıkov hansı haqla bu dövlətdən böyük məbləğdə pensiya almalıdır?

Eynilə də neçə evlər yıxmış, günahsız insanları məhbəsə göndərmiş, var-yoxunu talamış, intihara vadar etmiş, digər çoxsaylı ağır cinayətlərə birbaşa rəhbərlik edən “general bandasını” dövlətin təhlükəsizlik orqanına toplayan Eldar Mahmudov və digərləri.

Məhz belələrinin general rütbəsi barədə yaratdıqları eybəcər, çirkin təsəvvür sayəsində, Polad Həşimov kimi gerçək generallara Orduda və digər strukturlarda az qala təsadüfi adam kimi baxılıb...

Kasıb-kusubun pensiyası aşağı olduğu üçün az qala qəpik-qəpik artdığı halda, belələrinin “halal pensiya”sı yüksək olduğundan yüz manatlarla artır və onlar da utanmadan həmin məbləğləri bankomatlardan çıxarıb xərcləyirlər. Daha doğrusu, heç bankomata da özləri yox, qulluqçuları gedir. Hansı ki, bu generalların əslində bəzi hallarda 10 min manata çatan həmin pensiyaya heç ehtiyacları da yoxdur. Ancaq buna baxmayaraq, heç vaxt görməzsiniz ki, onlar üçün qəpik-quruş olan bu pensiyanı hansısa şəhidin, əlilin, imkansızın ailəsinə bağışlasınlar. Çünki buna ürək, mərdlik, ləyaqət lazımdır!

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

qaraguruh 2022-02-17 20:11:50

ayyayyy-kim bu dəhşətli cinayəylərə görə cavab verəcək????-süddən çıxmış qaşılarıda axtarın

Qurban 2022-02-17 19:59:33

Maraqlı mənzərədir. Hər ay qazancımızdan vergi kimi tutulub bunlara pul veriliik ki, bizi soyublar...

Eli 2022-02-17 17:17:56

Nazirin 2017- ci ilde “Terter işi” adlı prosesde yüzlerle esger ve. zabite verilen beşer tarixinde görünmemiş qeyri insani,facievi işgencelere reaksiys bermemesi ,vaxtında tedbir görmemesi şübheli suallar doğurur.Meger o bu Xalqın övladı deyilmi?....Kimden qorxub bu general başa düşmeş olmur.

Eli 2022-02-17 16:19:37

Neticede ne baş verdi.Sovet döneminde DİN-n en rüşvetxor qurumu olan qurumu olan ОБХСС rehberi Mahmudıv öz işçilerini de başına yığaraq MTN-ni obxss kimi işlederek 11 ilde ölke iqtisadiyyatını,bşznesinin,maliyyesinin başına minbir oyun açıb çökdürdüler.Ulu Önderin min bir zehmetle illerle qurduğu bele nir vacib möteber qurumu quldurlar yuvasına dönderdiker.Herb işi bir senetdir ve cüsusi bir peşekarluq,ağıl,derrake ve Vetenperverlik teleb edir.

Veteran 2022-02-17 15:44:55

Bu ANTİMİLLİ ÜNSÜRLƏR 29 ildirki dövləti,xalqı talamaqla məşğuldurlar.Xalqı,milləti saya salmayan bu üsürləri elə Azərbaycan TÜRKLƏRİNİN özləri bunların piyli cəmdəyindən asacaqlar.Az qalıb.

Eli 2022-02-17 15:19:50

Soyuq ağılla bezi meseleleri analiz edende çıx qeribe menzere yaranır.Hüquq mühafize orqanları arasında gördüyü müsbet işlerle yanaşı Daxili işler nazirliyi teytinqde her halda birinci ,ya ikinci deyil.Ancaq ölkenin onurğa beyni olan MTN - rehber ve ölkenin onurğa sütünü olan müdafie nazirliyine nazir Hacı Memmeovu bu cemiyyeteveren bu orqandan getirildi.

S.Əhmədov 2022-02-17 14:59:52

M.BAĞIROV QARABAĞIN HAYLARA VERİLMƏSİNİN QARŞISINI ALIB ,DEPORTASİYADAN AZƏRBAYCANLILARI XİLAS EDİB.İ.MUSTAFAYEV DİLİMİZİ DÖVLƏT DİLİ EDİB.V.AXUNDOV EŞİTDİYİMƏ GÖRƏ SAF İNSAN OLUB.ALLAH ONLARA RƏHMƏT ELƏSİN.

Eldəniz 2022-02-17 12:28:24

Mən general deyəndə ilk öncə iki dəfə Sovet ittifaqı qəhrəmanı Həzi Aslanov ,şəhid Milli Qəhrəman Polad Həşimov , Şuşa Fatehi Hikmet Mirzəyev, Mais Berxudarov kimi müharibəde əsgərlə çiyin çiyinə döyüşən igudlerimizi təsəvvür edirəm ...Kabinetlərdə oturub elektron xəritələrdə qeydlər aparanlara yox ....

t.ədalət 2022-02-17 11:17:35

Çox obyektiv yazıdır.Göz görə-görə minlərlə Azərbaycan balasının qətlini təşkil edən,düşmən tərəfə işləyən və super cani olan Nacmuddin Sadıkovun Bakıda rahat hərrənməsi,deyilənə görə hələ də müd.nazirliyində xüsusi kabinetlə təmin olunması əhalini çaş-baş salıb.Adamlar narahatdır ki,avtomobili bir az narahat yerdə saxlayan kimi cərimə müfəttişlərini üstlərinə salan hökumət,bu bic-vələdüzna Nacmuddin haqqında niyə ölçü götürmür?

əlil 2022-02-17 10:54:30

bunlar əlillərin pensiyalarını kəsdirib özləri üçün artım əldə edirlər, heç vicdanları ağrımadan. Budur reallıq!

Türk Turan 2022-02-17 10:51:33

Allah bunların belini qırsın. Allah bunlara lənət eləsin.

Mubariz 2022-02-17 10:11:13

Bu xalqa standar ve etalon kesilmis rusvet idxal olunub.Azerbaycanin avtoxton xalqlarinin qaninda bele mrazm yoxdur.Bu bize qiraqdan gelib.Baxin M.Bagirov tat milletine mensub idi.V.Axundovda tat idi.Sehv etmiremse I.Mustafayev saxur udun ya da avar olub.Onlar da bele seyi qebul etmibler.Ne qeder Azerbaycana heqiqi yerli xalq numayendesi rehber deyil bele belkede bundan da beter olacaq.

Vətəndaş 2022-02-17 10:04:01

TALANÇI BANDA MİLLƏTİ PİS GÜNƏ QOYUB

esger 2022-02-17 09:49:28

Bunların pensiyası millətin verdiyi vergi hesabına ödənilir Yəni öz millətinə zülm edən məxluqlara bizim hökümət yuksək pensiya verir

Prnsiyaçı 2022-02-17 09:43:04

Bunlar bütün fəaliyyəyləti boyu rüşvət və oğurluq.mənimsəçə ilə milyarderlərə çüvriliblər.Onlara belə pensiya verilməlidirmi?Bir də yaşa görə əmək pensiyaları bütün vətənfaşlara eyni hesabla veilməlidir.Burada ayrıseçkilik etmək hummanizmdən uzaqdır və doğru deyil.Münki hər kəs tutduğu vəzifədən asıl olaraq maaş alıb.Pensiya vaxtı isə bəzilərinə alavə imtiyazlar vermək yanlışdır.Bu yanlışlıq aradan qaldırılmalıdır.Cəmiyyətdə ayrıseçkilik yaratmaq konstitusiyaya ziddir.Bunu hakimiyyət anlamalı və ayrıseçkiliyə son qoymalıdır.16 il serjant işləyən 60 il sənaye stajı olan şəxsdən artıq prnsiya alması nə dərəcədə hummanist sayıla bilər.

Son yazılar