Menu

Azərbaycanda bankların nağd ABŞ dolları alqı-satqısının həcmi 23%-dən çox azalıb

03.04.2025, 16:00
Azərbaycanda bankların nağd ABŞ dolları alqı-satqısının həcmi 23%-dən çox azalıb

2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 732 milyon 429.9 min təşkil edib.

“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23.4% azdır.

Qeyd edək ki, hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 6.4% artaraq 260 milyon 552.8 min, satışı isə 33.6% azalaraq 471 milyon 877.1 min təşkil edib.

Bu dövrdə banklar tərəfindən nağd avronun alışı ötən ilin yanvar ayı ilə müqayisədə 27.3% artaraq 21 milyon 540.2 min, satışı isə 30.7% artaraq 40 milyon 866.5 min təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol