Menu

SABİQ NAZİR BU XƏSTƏXANANI ÖZ ADINA KEÇİRDİ - FOTO

16.02.2022, 19:31
SABİQ NAZİR BU XƏSTƏXANANI ÖZ ADINA KEÇİRDİ - FOTO

Respublika Diaqnostika Mərkəzinin yeni qanuni təmsilçisinin adı müəyyənləşib. "Qaynarinfo"nun məlumatına görə, nizamnamə kapitalı 2 milyon 415 min 646 manat olan Respublika Diaqnostika Mərkəzi qanuni təmsilçisi sabiq Səhiyyə naziri Şirəliyev Oqtay Kazım oğlu olub.

Qeyd edək ki, Respublika Diaqnostika Mərkəzinin saytında hələ də baş direktor Rəşid Vəzirov göstərilir.

Xatırladaq ki, bir müəddət əvvəl Oqtay Şirəliyevin Respublika Diaqnostika Mərkəzinin baş direktoru təyin olunması ilə bağlı məlumat yayılmışdı.

Oqtay Şirəliyev 1988-2005-ci illərdə Respublika Diaqnostika Mərkəzinin direktoru olub. 20 oktyabr 2005-ci ildən 23 aprel 2021-ci ilə qədər isə Səhiyyə naziri vəzifəsini tutub.


Şərhlər

Veteran 2022-02-17 19:40:06

Allah heç xeyir verməsinş Az qalıb. ...

Fərq 2022-02-17 10:40:38

Biabırçılıq deyil, reallıdır. Legitimasiya. Yoxsa kimsə istəyir (oğurlanmış, mənimsənilmiş, "hüquqi"sənədləşdirilmiş) mülkiyyət dövlətə qaytarılsın? Axı hökumət deyir, nicatımız özəlləşməkdədir. Strategiya. Özəlləşmə alış-satışdır. Kimlərdir ala bilənlər? Cavabı aydındır. Çünki heç kimin pulu babasından qalmayıb. Belə iddialılar olsada. Onların sayı hələ artacaq.

oktay 2022-02-17 00:19:57

guya yeni xəbərdi, neçə illərdi
bunu bilməyən var?

Eli 2022-02-17 00:19:37

Kişi neçe il eziyyet çekib işleyib ona da nesr çatmaşıfı ya yox ağsaqqal adamdı acından ölmelidi.Qeribe adamlar var e bı ölkede başqaları indi sehiyye nazirliyinin Semaşko qarışıq inzibati binasını da özelleşdirmildi.Meselen Metro Tağı müellim,ya Haqq Edalet partiysdının başqanı akadamik Eli İnsanıv ve s.

Azər 2022-02-16 21:30:17

Biabirciliq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol