Menu

BQXK I Qarabağ müharibəsində itkin düşənlərin ailələrindən 793 bioloji nümunə götürüb

17.02.2022, 10:38
BQXK I Qarabağ müharibəsində itkin düşənlərin ailələrindən 793 bioloji nümunə götürüb

90-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailə üzvlərindən bioloji nümunələr götürülüb.

APA xəbər verir ki, bu, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı və Bərdə ofislərinin 2021-ci il üçün əsas fəaliyyətləri ilə bağlı hesabatda yer alıb.

Qeyd edilib ki, 793 bioloji referent nümunəsi insan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 90-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailəsindən götürülüb.

Şərhlər

Əski qarabağlı 2022-02-17 12:56:20

Qeyd edilən 316 və 793 bioloji nümunə sahibləri öz doğmalarının itgin düşmə faktlarını araşdırma üçün iddia ərizələrini hansı milis, prokurorluq, məhkəmə orqanlarına 1ci Qarabağ münaqişəsi zamanı və sonrakı dövrdə təqdim ediblər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol