Menu

Ermənistanda Prezident seçkilərinin vaxtı məlum olub

18.02.2022, 10:40
Ermənistanda Prezident seçkilərinin vaxtı məlum olub

Ermənistanda prezident seçkilərinin tarixi açıqlanıb.

“Report” xəbər verir ki, hakim Vətəndaş Razılaşması Partiyasının adının açıqlamayan nümayəndəsi “Joquvurd” qəzetinə bildirib ki, seçki martın 3-də baş tutacaq.

Məlumata görə, martın 1-də ölkənin qanunverici orqanı olan Milli Məclisin növbəti sessiyası başlayacaq. İki gün sonra, yəni martın 3-də parlamentdə yeni prezidentin seçilməsi üzrə səsvermə keçiriləcək.

Qeyd edək ki, Ermənistanın sabiq Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. Hakim partiya yüksək texnologiyalar sənayesi naziri, İrəvanın keçmiş meri Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb. Müxalifət hələlik prezidentliyə namizəd irəli sürməyib.

Ermənistan Prezidenti parlamentdə seçilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol