AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Akademiyanın rəhbəri postuna namizəd olacağı barədə fikirlərə münasibət bildirib.
Bu barədə Modern.az-a açıqlama verən akademik adının AMEA prezidentliyinə namizədlər sırasında hallandırılmasını xoş qarşılamadığını deyib.
“Ümumiyyətlə, müxtəlif şəxslərin namizədliyi ilə bağlı adlarının hallanması xoş deyil. Mənim adımı hallandıranlar özləri bilər. Yalandan-palandan yayırlar. Kimin adını hallandırırlarsa, mənasız söhbətlərə cəlb etmək istəyirlər. Mən ciddi adamam, elə işlərə baş qoşmuram”, - deyə İ.Həbibbəyli vurğulayıb.
Qeyd edək ki, akademik Ramiz Mehdiyevin istefasından sonra AMEA-nın yeni prezidentinin kim olacağı maraq doğurur. Namizədliyə iddialar sırasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin də adı çəkilir.


Şərhlər
Ramiz Mehdiyevdən sonra akademiyada ikinci artıq adam İsa Həbibbəylidir.Deyilənə görə akademiyanın arxivini türklərdən təmizləməklə məşğul olur.Birinci atəşi Əli bəy Hüseynzadəyə açdı.Professor B.Başkeçidlinin imzası ilə mətbuatda Əli bəy haqqında yöndəmsiz yazı getdi..
Kim olur olsun nəticə yenə də eyni olacaq
Prezident Arif Həşimov olacaq! O, dünyaşöhrətli alim, çox güclü təşkilatçıdir.
Hazırlaş 50 ildir lövbər salmısan.Növbə sənindir.Gənclərə yol vermək lazımdır.Sizin akademikliyiniz ölkəyə bir cürük qoz qədər xeyir verməyib.
Bu isaya kimsə deyib ki, səndə alimsən buda inanıb.............
Akademiyanın idarə heyəti ən azı 60%azalmalidir
Ciddi,özünə arxayın adam özünü tərif etməz!İsa bəy özünü ciddi adam sayır.amma qoy göstərsin bir elm adamı kmi,işi yalnız elm olan adam loço hansı fundamental açılışın avtorudur? Yalan,boş hesabatlarla başını girləyənin özünü ciddii adlandlrması məzhəkədir.
Bir ağıllısı da budur.İllərdir Akademiyada yeyir....Amma bir ciddi,sanballı işi olmayıb.Ciddiliyini isə o özü deyir.İnanan varsa səsini çıxarsın.O Naxçıvanda mal -qara.güdməyə bəlkə yataya. Elə belələri Azərbaycan elm və təhsilini yox səviyyəyə salıblar..
AMEA bu gün en layiqli namized dünya şöhretli alim hörmetli professor Rafiq Eliyevdir.
Birincisi - İsa müəllim də təsdiq elədi ki, Ramiz Mehdiyev qeyri-ciddi adamdır. Və bundan sonra kim Akademiyaya rəhbər gələrsə, deməli, o da qeyri-ciddi adam olmalıdır... İkincisi - Akademiya yalnız yeyinti baxımdan maraq doğura bilər. Yəni bir elmi qurum kimi ona kimin rəhbər təyin ediləcəyinə ölkənin heç bir marağı yoxdur. Xüsusən də mənim.