Menu

Ötən il Ali Məhkəmə 2500-dən çox qərarı ləğv edib

18.02.2022, 18:12
Ötən il Ali Məhkəmə 2500-dən çox qərarı ləğv edib

Ötən il Ali Məhkəmənin ləğv etdiyi qərarların sayı 2 500-dən çox olub.

"Report" xəbər verir ki, bu barədə fevralın 18-də Ramiz Rzayevin sədrliyi ilə keçirilən Ali Məhkəməsinin Plenumunda məlumat verilib.

Bildirilib ki, 2021-ci ildə ləğv olunan məhkəmə qərarlarının sayında artım olub. Belə ki, ötən il 2 520 qərar Ali Məhkəmə tərəfindən ləğv edilib. Bu da 2020-ci illə müqayisədə 572 qərar daha çoxdur.

Şərhlər

Vətəndaş 2022-02-18 19:35:13

Bunu necə anlamaq olar? Deməli 2500 halda Azəebaycan məhkəmələri qanunsuz və əsassız qərarlar çıxarıblar.Bəs bu hakimlərə qarşı nə tədbir görülüb? Bunu açıqlamaq daha vacibdir ki, bəlkə hakimlər bir az
qanunu sayalar.2500 qərarın ləğvi məhkəmə sisteminin iflasa uğradığı anlamına gəlir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol