MANAFLA FÜZULİYƏ GEDƏN ŞƏXS "TENDER KRALI" İMİŞ - Qalib olduğu tenderlərin siyahısı

Müğənni Manaf Ağayev qanunsuz yolla işğaldan azad edilən Füzuli şəhərinə getdiyi avtomobil məşhur iş adamına məxsusdur.

Manset.az-ın yazdığına görə 10-AA-307 dövlət qeydiyyat nişanlı bahalı avtomobil “MSDIS Holdıng” MMC-nin prezidenti Sənan Hüseynova məxsusdur. O, Manaf Ağayevin yaxın dostudur.

Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər nazirliyi məlumat yayıb. DİN Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov həmin şəxsin icazə əsasında Füzuliyə getdiyini bildirib: "Həmin 10-AA-307 nömrəli maşının icazəsi olub. Ona görə də o həbs olunmayıb. O Füzuliyə qanuni gedib".

Qlobal.az isə xəbər verir ki, Sənan Hüseynovun rəhbəri olduğu “MSDIS Holdıng” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət satınalmalarında ən çox qalib elan edilən təşkilatlardandır.

“MSDIS Holdıng” MMC əsasən “yolların əsaslı təmiri” lotu üzrə sifariş olunan dövlət satınalamaları üzrə qalib olur.

2021-ci ildə təşkilat sözügedən lot üzrə xeyli sayda tenderin qalibi olub.

“MSDIS Holdıng” MMC-nin ötən il qalib olduğu tenderlərin bir qisminin siyahısını təqdim edirik:

1. Xırdalan şəhərində abadlıq işləri
1.362.482 AZN - 22.05.2021

2. Abşeron rayonu, Novxanı qəsəbəsi,
Bağlar ərazisində “Azərişıq” ASC-yə məxsus2 saylı Sumqayıt-Maştağa 35 kV-luq hava xəttininbir hissəsinin sökülərək kabel xətti ilə əvəz edilməsi işlərinin satın alınması
116.489 AZN - 26.04.2021

3. Sumqayıt şəhərində “Karvan yolu” küçəsinin və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun giriş hissəsinin asfaltlanması işləri
277.715 AZN - 25.05.2021

4. Sumqayıt şəhərində küçə, yol, mikrorayon və məhəllələrin ərazilərindəki asfalt örtüyünün təmiri işlərinin satın alınması
2.020.503 AZN - 01.06.2021

5. Zaqatala rayonunda yolların əsaslı təmiri
542.113 AZN - 03.06.2021

6. Mehdi Hüseynzadə Sumqayıt şəhər stadionun ətraf hissəsinin abadlaşdırılması və yaşıllıq işlərinin satınalınması (II hissə)
447.134 AZN - 08.08.2021

7. Siyəzən şəhəri üzrə avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınması
442.448 AZN - 07.07.2021

8. Qəbələ rayonunda mənzil fonduna aid olan yaşayış binalarının əsaslı təmiri
164.127 AZN - 14.07.2021

9. Sumqayıt şəhərində küçə və prospektlərə yol cizgilərinin çəkilməsi
293.230 AZN - 26.07.2021

10. Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarının fasadlarının və girişlərinin təmiri işləri
1.037.999 AZN - 30.07.2021

11. Sumqayıt şəhərində yaşayış binalarının əsaslı təmiri
787.700 AZN - 02.08.2021

12. Xırdalan şəhəri ərazisində İlham Cəfərov küçəsinin asfaltlanması
130.127 AZN - 05.08.2021

13. Qəbələ rayonunda yolların təmiri

355.982 AZN - 11.08.2021

14. Abşeron rayonunda yolların təmiri
164.995 AZN - 03.09.2021

15. Gədəbəy şəhərində şəhərdaxili küçə, meydan və parkların abadlaşdırılması
693.320 AZN - 10.09.2021

16. Sumqayıt şəhər Corat qəsəbəsində H.Salayev, M.Əliyev, Kərbalayi Zöhrab küçələrinin asfalt-beton işləri üzrə təmiri
61.642 AZN - 15.09.2021

17. Küçə işıqlarının təmiri işlərinin satın alınması
137.521 AZN - 06.10.2021

18. Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri
708.293 AZN - 18.10.2021

19. Qobustan şəhər küçələrində işıqlandırma sistemlərinin quraşdırılması
278.851 AZN - 22.10.2021

20. Abşeron rayonunda yolların təmiri işlərinin satın alınması
1.126.797 AZN - 22.10.2021

21. Mollamuhuma Eminov küçəsində dalan, Xalqlar Dostluğu küçəsində, Göyəm küçəsi, döngə 1-də yolların əsaslı təmiri
55.861 AZN - 22.11.2021

22. Yolların təmiri işlərinin satın alınması ( II hissə)
59.917 AZN - 09.12.2021

635x100

Şərhlər

RR 2022-02-20 03:23:52

icazesis nece kecib ? kim buraxib ?

Əski Xankəndli 2022-02-19 15:35:32

AA seriyası, tender və mətbuat üçün azı bir illik yayım və ...? Qanunsuz nə deməkdir? Tərtərdəki mina patlaması necə qalıbmış?

RR 2022-02-19 07:59:24

icazesis nece kecib ? kim buraxib ?

RR 2022-02-19 02:09:17

shishirtmek lazim idi ) shishdide !

Vüqar Etibarli 2022-02-19 01:32:47

Bu işlərin çoxu xırda-xurus işlərdir,Akulalar belə işləri görmürlər!

faragat 2022-02-18 23:28:32

ey vaah bele ogullar var eeee Azerbaycanda ...

Hətəm 2022-02-18 21:40:40

Bu qədər tender ishlərini görməyə onun nə qədər texnikasi və ishciləri var.korrupsiya iyi gəlir

qaraguruh 2022-02-18 20:06:10

necə ola bilər biri icazəli olur o biri yox -bunların 2-n də içəri qoymaq lazım idi ki, camaata göz dağı verməsinlər --bahalı maşınlarında lotulanmaqla

Sahibkar 2022-02-18 19:51:56

Senanin legebi Shankar Senandir. Butun dovlet organlarini yaxsica gorur ona gore ona verirler isleri

Kamil 2022-02-18 18:58:24

Ramizi tutmağ lazımdı

Son yazılar