Menu

İcra müavininin sürücüsü sərxoş halda xidməti maşınla qəza törədib - VİDEO

18.02.2022, 23:20
İcra müavininin sürücüsü sərxoş halda xidməti maşınla qəza törədib - VİDEO

Beyləqanda baş verən yol qəzasında xəsarət alanlar Bakıdakı xəstəxanalardan birinə göndərilib.

APA-nın yerli bürosu xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin sürücüsü Hüseynov Hüseynbala Əsgər oğlu və icra başçısının müavini Yeganə Məmmədovanın sürücüsü və qardaşı Məmmədov Yaqub Kərəm oğlu Bakı şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.

Onların, əsasən, sınıq xəsarətləri aldığı deyilir.

Hadisə şahidləri isə bildirib ki, hər iki sürücü qəza zamanı sərxoş halda olub, avtomobilləri şəhərin mərkəzi küçələrində yüksək sürətlə idarə edirmişlər.

***

Beyləqan rayonunda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin xidməti avtomobili iki maşına dəydikdən sonra hasara çırpılaraq alışıb.

Hadisə Beyləqan rayon mərkəzində qeydə alınıb.

Hərəkətdə olan, 11-AA-055 dövlət nömrə nişanlı, "Nissan" markalı minik maşını öncə "VAZ-2107" markalı avtomobilə, sonra isə "Nissan Sunny" markalı maşına çırpılıb. Qəza nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alıb.

Qeyd edək ki, 11-AA-055 nömrəli avtomaşın Beyləqan Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Yeganə Məmmədovanın xidməti maşınıdır. Hadisə zamanı müavin xidməti maşınında olmasa da, onun sürücüsü və qardaşı olan Yaqub Məmmədov və Rayon İcra Hakimiyyəti başçısının xidməti sürücüsü avtomobildə olub.

Digər "Nissan" avtomobilinin də Beyləqan RİH-ə məxsus olduğu bildirilir.

Yaralılar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onların vəziyyətinin orta ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Seymur 2022-02-19 10:54:26

Göründüyü kimi haram, qanunsuz pul, məmurlara yaradılmış cəzasızlıq mühiti, nəinki İH başçılarını, müavinlərini, hətda ən adi işçilərini- sürücüləri də harınladıb, qudurdub.

RR 2022-02-19 02:11:59

ona olar ! IB sûrûcûsûdû axi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol