Menu

Avropa İttifaqı Ukraynada hərbi məşvərət və təlim missiyası yerləşdirəcək

21.02.2022, 18:35
Avropa İttifaqı Ukraynada hərbi məşvərət və təlim missiyası yerləşdirəcək

“Avropa İttifaqı Ukraynada hərbi məşvərət və təlim missiyası yerləşdirmək barədə qərar qəbul edib”.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Brüsseldə Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclasının yekununa dair açıqlamasında bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı uzun sürən danışıqlardan sonra Ukraynada hərbi məsləhət və təlim missiyasının yerləşdirilməsi barədə prinsipial qərar qəbul edib: “Bu, hərbi sahədə əməkdaşlığın başlanması üçün mühüm siyasi siqnaldır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol