Fevralın 25-26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin "Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Tədbirlər Planı”nda qeyd edilib.
Tədbirlər Planına uyğun olaraq, ümumi təhsil müəssisələrində karantin rejiminin tələbləri nəzərə alınmaqla Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi nəzərdə tutulur.
Həmçinin Bakı Dövlət Universiteti, ADA Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunan beynəlxalq tədbirlərin təşkili planlaşdırılıb.


Şərhlər
Xocalı qətliamı da Rusiyanın senarisi əsasında,ermənilərin iştirakı ilə,əsasən rus qoşunları tərəfindən törədilib.Xocalını anmaq üçün,ilkin olaraq, metronun Xətai stansiyası yaxınlığında bir küncə atılmış,qətliamı əks etdirməyən sönük abidəni dəyişmək,onu bolşevik Ayna Sultanovanın postamenti üzərində ucaltmaq lazımdır.Nə vaxta kimi rusdan qorxa-qorxa dərdlərimizi küncdə-bucaqda gizlədəsiyik?