Yaxın dəqiqələrdə Abşeron rayonunda səs-küylü həbslər olub. Şahidlərin Musavat.com-a bildirdiyinə görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçiriblər.
Məlumata görə, əməliyyat zamanı idarənin rəisi, müavini və bir neçə əməkdaşı saxlanıb. Onları xüsusi avtomobillərə əyləşdirib aparıblar.
Əlavə məlumat verməyə çalışacağıq.

Şərhlər
DYP da rushvet alir )))
Gün o gün olsun ki, eynilə Şəkidə də belə bir əməliyyat keçirəsinzi
Vaxtı ilə bu idarənin rəisi işləyən Füzuli Hüseynov dəhşət rüşvətxor idi.Qanuni sənədləri olasn adamları başına topladığı dələduz hüquqşünaslar vasitəsi ilə aldadır,istədiyi pulu alandan sonra özəlləşməyə imkan yaradırdı.