"Moskva Bəyannaməsi Azərbaycan və Rusiya münasibətlərini müttəfiqlik səviyyəsinə çatdırır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə qədər uzun müddətdir ki, inadla əməkdaşlıq potensialını genişləndiririk. Səmimiyyət, mehriban qonşuluq, praqmatizm və qarşılıqlı maraqlara əsaslanan münasibətlər qururuq”.
Bu fikirləri Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
Azərbaycan lideri qeyd edib ki, bəyannamə ilə bağlı əməli işə cəmi bir ildən artıq vaxtdır başlanılıb.
"Bu müddət ərzində hər iki ölkəninmüvafiq ekspert qrupları fəaliyyətimizin demək olar ki, bütün əsas sahələrini əhatə edən 43 bənddən ibarət çox geniş sənəd üzərində razılığa gəliblər", - Dövlət başçısı vurğulayıb.
Dövlət başçısı Bəyannamənin birinci bəndinə diqqət çəkərək bildirib ki, burada Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlərin sərhədlərin toxunulmazlığı, dövlətlərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörməti prinsipi əsasında qurulması öz əksini tapıb.

Şərhlər
Bütün dünya şeytan Rusiyadan qaçır. 200 ildir də bizə nə divan tutur bunu bilirik. 30 ildə də nələr baş verdiyini kor gözlərimizlə gördük....
Xəzər dənizinin altındakı rus hərbi gəmiləri heç bir sərhəd tanımır..