Menu

Misir Mərdanov baş redaktor təyin olundu

08.11.2013, 14:24
Misir Mərdanov baş redaktor təyin olundu

Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının redaksiya heyətinin tərkibində dəyişiklik edilib. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, riyaziyyat üzrə elmlər doktoru Misir Mərdanov "Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının baş redaktoru təyin olunub.

Vəfatı ilə əlaqədar olaraq AMEA-nın müxbir üzvü Bala İsgəndərov, riyaziyyat üzrə elmlər doktoru Məlik-Baxış Babayev və riyaziyyat üzrə fəlsəfə doktoru İsak Məmmədov jurnalın redaksiya heyətinin tərkibindən çıxarılıb. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında da qəbul olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol