Menu

"İLK BÖYÜK QƏLƏBƏ!" - Ukrayna ordusu rus desantçıları məhv edərək, Hostomel aerodromunu geri aldı

25.02.2022, 01:14
"İLK BÖYÜK QƏLƏBƏ!" - Ukrayna ordusu rus desantçıları məhv edərək, Hostomel aerodromunu geri aldı

Ukrayna Ordusunun xüsusi bölmələri Kiyev ətrafındakı Hostomel aerodromunu Rusiya desantçılarından təmizləyiblər. Aerodrom geri alınıb. 

"AzPolitika.info" xəbər verir ki, Ukrayna prezident ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bu barədə bəyan edib.

Xəbəri Daxili İşlər nazirinin müşaviri Anton Qeraşenko da təsdiq edib. O, bildirib ki, Ukrayna desantçıları Hostomel aerodromunu rusiyalı işğalçılardan təmizləyiblər. Sağ qalan ruslar meşələrə doğru qaçıblar. "Hostomel! İlk böyük qələbə! Bir saat əvvəl vertolyotlu desantçılar Hostomel aerodromunu geri aldılar. Aerodrom düşməndən təmizlənib", - o, sosial şəbəkədə yazıb.

"Ukrayna Silahlı Qüvvələri aktiv fəaliyyətlərlə düşmənin əsas qüvvələrinin aerodroma yerləşməsinə imkan vermədilər. Böyük itkilər verən qruplaşma ilə döyüşlər davam edir" - Müdafiə nazirinin müavini Anna Malyar xəbər verib.

"AzPolitika"


Şərhlər

İ.Mustafaoğlu 2022-02-26 13:52:14

Ukrayna xalqını və ordusunu Ulu Tanrı qorusun !

Veteran 2022-02-25 15:42:38

Biz Sizinləyik ,

əlil 2022-02-25 10:43:40

təbriklərə biz də qoşuluruq!

Turan 2022-02-25 07:33:29

Allah Ukraynanı, onun xalqını qorusun! Amin!

Cəfər 2022-02-25 07:28:40

Qəhrəman Ukrayna əsgərlərinə eşq olsun !!! Bizim dualarımız sizinlədir !!! Yaşasın UKRAYNA !!!

Türk Turan 2022-02-25 01:31:09

Təbriklər Ukrayna! Davamını səbirsizliklə gözləyirik. Allah sizi qorusun.

t.ədalət 2022-02-25 01:22:45

Tanrı,ukraynalıları sındırmasın! Rusiyanın quru qoşunları qorxaq olurlar.Onlar Qarabağda bizim könüllülərdən də it kimi qorxub qaçırdılar.Ona görə də Rus ordusu həmişə raket atışlarından istifadə edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol