Menu

“Azərbaycan Ermənistanla sülh müqaviləsini müzakirə etməyə hazırdır” - Hikmət Hacıyev

25.02.2022, 12:16
“Azərbaycan Ermənistanla sülh müqaviləsini müzakirə etməyə hazırdır” - Hikmət Hacıyev

“Azərbaycan Ermənistanla sülh müqaviləsini müzakirə etməyə hazırdır, lakin bunun üçün ədalət, o cümlədən Xocalıya münasibətdə ədalət bərqərar olmalıdır”.

“Report” xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqırımın 30-cu ildönümü ilə bağlı keçirilən konfransda deyib.

“Vətən müharibəsinin gedişində məlum idi ki, Ermənistan öz strategiyasını dəyişməyib. Ermənistan dinc və gecə vaxtı yatan azərbaycanlılara zərbə endirirdi”, - o xatırladıb.

H.Hacıyevin sözlərinə görə, Xocalıya bənzər faciələr işğal zamanı Azərbaycanın digər yaşayış məntəqələrində də törədilib, lakin bu barədə danışılmayıb: “İndiyədək kütləvi məzarlıqlar qalmaqdadır. Ermənistanı onlar haqqında məlumat verməyə çağırırıq”.

Xatırladaq ki, Xocalı rayonunun Edilli kəndində də azərbaycanlıların kütləvi məzarlığı aşkar edilib.

Şərhlər

t.ədalət 2022-02-25 14:06:32

Nə qədər Putin var,nə qədər biz Rusiya ilə müttəfiq olduğumuzu sevə-sevə bəyan edirik ,sülh müqaviləsi olmayacaq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol