Ukraynanın dərinliklərində yerləşən Çerkassk Vilayətinin Voznesensk kəndi yaxınlığında Rusiyaya aid hərbi təyyarə vurulub.
“AzPolitika.info” xəbər verir ki, bununla bağlı Çerkassk Vilayətinin operativ qərargahı məlumat yayıb.
Məlumatda deyilir ki, vurulan təyyarənin pilotu katapult edib. Hazırda hüquq-mqhafizə orqanları onun axtarışına cəlb olunub.
Pilotun yaralandığı güman edilir. Əhalidən onun tapılmasına yardım edilməsi xahiş olunur.
“AzPolitika.info”


Şərhlər
Hər dəfə rus döyüş aparatlarının,texnika və uçaqlarının vurulması haqqında məlumat oxuyanda ürəyim fərəh hissi ilə dolur..Ukrayna döyüşçülərinin uğuruna özümüzkü kimi baxıram.