Ukrayna Prezidenti Volodimir Zelenski ilə İtaliyanın Baş naziri Mario Draqi arasında “söz atışması” olub.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, Draqi Zelenskidən gileylənib. Səbəb isə o olub ki, əvvəlcədən əldə olunmuş razılaşmaya baxmayaraq, Zelenski bu gün onun telefon zənginə cavab verməyib. Ölkəsi işğalla üz-üzə qalan və hər dəqiqə bunun qarşısını almağa çalışan Zelenski isə Draqinin iradını tənqid edərək, özünün “tvitter” səhifəsində ona belə cavab verib: “Bu gün 10.30-da Çerniqov, Qostomel və Melitopol şəhərləri ətrafında ağır döyüşlər gedib, insanlar həlak olub. Gələn dəfə müharibənin qrafikini dəyişməyə çalışaram ki, Mario Draqiyə konkret vaxtda cavab verə bilim...”
“AzPolitika”


Şərhlər
İtalyanın başında duranlar Rusiya və buna bənzər ölkələrin rənbərlərindən həmişə öz məqsədlər üçün bəhrələniblər.