Menu

"Döyüş əzmi yüksəkdir, Ukrayna xalqı düşmənin dərsini verir" - Kiyevdə yaşayan azərbaycanlı iş adamı

26.02.2022, 15:51
"Döyüş əzmi yüksəkdir, Ukrayna xalqı düşmənin dərsini verir" - Kiyevdə yaşayan azərbaycanlı iş adamı

"Gecə səhərə qədər Kiyevin müxtəlif ərazilərində şiddətli döyüşlər getdi. Şəhərdəki Ukrayna ordusundakı dostlarımızdan aldığımız məlumata görə, düşmən çoxlu sayda hərbçi və texnika itirib. Bizim də itkilərimiz, yaralılarımız var. Təəssüf ki, insanlar arasında yenə tələfat oldu. Amma şəhər Rusiya ordusuna təslim edilmədi".

Bu sözləri Kiyevdə yaşayan aəzrbaycanlı iş adamı Mahmud Hacıyev "AzPolitika.info"-ya açıqlamasında bildirib. O qeyd edib ki, əhalinin, ordunun döyüş əhval-ruhiyyəsi kifayət qədər yüksəkdir: "Ukrayna xalqı artıq müharibənin ilk şokundan çıxıb, hökumətin, Prezident Zelenskinin Kiyevi tərk etməməsi də insanlara ayrıca ruh yüksəkliyi bəxş etdi. Artıq dünya dövlətləri, xalqları Ukraynanı müdafiə etməyə başlayıb, Rusiyaya ardıcıl sanksiyaların qoyulması, bizə hərbi yardımların göndərilməsi də xalqın döyüş əzmini gücləndirir".

İş adamı bildirir ki, Ukraynadakı Azərbaycan diasporu da dövlətin, xalqın yanındadır: "Əlimizdən gələn dəstəyi edirik, bu bizim mənəvi borcumuzdur. Əminik ki, Ukrayna xalqı və dövləti dünya birliyinin dəstəyi ilə işğalçıların dərsini verəcək, torpaqları düşmən tapdağından azad edib suverenliyi, ərazi bütövlüyünü bərpa edəcək".

"AzPolitika.info"

Şərhlər

Səmədov Səmədağa 2022-02-26 18:29:01

Biz Sizinlə fəxr edirik əziz Ukrayna xalqı!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol