“Bakılılar inanılmazdır. Yüzlərlə vətəndaş Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin yaxınlığında “Yaşasın Ukrayna” şüarları səsləndirir. Çox sağ olun qardaşlar!”.
Bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski tviterdəki hesabında yazıb.
https://youtube.com/shorts/bMu5wQ9VL7E?feature=share
***
Bu gün, fevralın 27-də Bakıda Ukraynaya dəstək aksiyası keçirilir.
Aksiyaya gələn insanlar "Slava Ukraine" (Yaşa Ukrayna), “Slava Zelenski” və Rusiya, onun rəhbəri Vladimir Putin əleyhinə şüar səsləndiriblər. Aksiyada müharibə əleyhinə şüar da səsləndirilib.
Polis aksiyaya müdaxiə etməyib. Yalnız bəzən küçənin ortasında dayananlardan yolu boşaltmalarını xahiş ediblər. Bildirilib ki, səfirliyə yardım gətirən maşınların yolu açıq saxlanılsın.
Aksiyaçılar əllərində Ukrayna və Azərbaycanın dövlət bayraqlarını tutublar.
"AzPolitika.info"













Şərhlər