Menu

Ukraynalı deputat Xarkovun müdafiəsi zamanı həlak oldu

27.02.2022, 18:27
Ukraynalı deputat Xarkovun müdafiəsi zamanı həlak oldu

Boqoduxov Şəhər Şurasının deputatı Serqey Qluşenko Xarkovun müdafiəsi zamanı həlak olub. Bu barədə Boqoduxov Şəhər Şurasının saytında məlumat verilib.

“Xarkovun qəhrəmancasına müdafiəsi zamanı həmyerlimiz, həmkarımız, şəhər sovetinin deputatı, Oleksandrovka kəndinin keçmiş sədri Serqey Qluşenko həlak olub”, - məlumatda bildirib.

Qeyd olunub ki, şəhər icması əsl vətənpərvər, cəsur və məsuliyyətli bir insanı, ailəsi isə qayğıkeş ata və həyat yoldaşını itirib.

Şərhlər

Türk Turan 2022-02-27 21:54:55

Halaldı, əhsən! Deputat belə olar!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol