Menu

Kiyevdəki son durum açıqlanıb

28.02.2022, 10:22
Kiyevdəki son durum açıqlanıb

Ukraynanın paytaxtı Kiyevin müdafiə komandiri, general-polkovnik Aleksandr Sirski şəhərdəki son vəziyyəti açıqlayıb.

“Report”un xəbərinə görə, o bildirib ki, Rusiya qoşunlarının Kiyevin müdafiəsini yarmaq cəhdləri davam edir.

“Qarşı tərəfin bütün hərəkətləri nəzarət altındadır, vaxtında qərarlar qəbul edilib. Paytaxtda durum nəzarət altındadır. Rusiyanın bütün cəhdləri uğursuz olub, texnikaları məhv edilib. Rusiya ciddi itkilər verib, qoşunu demorilizə olunub. Biz göstərdik ki, evimizi çağırılmamış qonaqlardan müdafiə edə bilirik”, - general-polkovnik vurğulayıb.

Şərhlər

Əliəddin 2022-02-28 11:26:42

Allah yar və yardımçınız olsun. Ukrayna xalqına, ordusuna, dirənişçilərinə EŞQ OLSUN!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol