Ukrayna Müdafiə Nazirliyi müharibənin 5-ci günündə Rusiya ordusunun ümumi itkilərini açıqlayıb.
“AzPolirtika.info” Ukrayna Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, indiyə qədər düşmənin ümumilikdə 29 təyyarəsi, 29 helikopteri, 191 tankı, 816 zirehli döyüş maşını, 74 topu, 1 “Sam Beech”-i, 21 MLRS BM-i, 21 Qradı, 291 döyüş avtomobili, 60 BTR-i, 3 PUA-sı, 2 gəmisi, 5 Hava Hücumundan Müdafiə vasitəsi və təxminən 5300 nəfər canlı qüvvəsi məhv edilib.
Ukrayna Müdafiə Nazirliyindən bildirilib ki,fevralın 28-də Ukrayna ordusunun artilleriya atəşi nəticəsində Rusiyanın hərbi texnika və canlı qüvvəsindən ibarət 5 karvan məhv edilib.
“Düşəmən demoraliza olunub və böyük itkilər verir. Onlar arasında fərarilik və tabesizlik halları artıb. İşğalçılar bizdən qorxur. Ukraynanın müdafiəsi gücləndirilib”, - Ukrayna Müdafiə Nazirliyindən bildirilib.
“AzPolitika.info”

Şərhlər