Rusiya və Ukrayna arasında danışıqlar başa çatıb.
Bu barədə TASS məlumat yayıb.
Danışıqların təfərrüatları açıqlanmayıb.
***
Ukrayna ilə Rusiya arasında danışıqlar davam edir. Bu barədə Ukrayna prezidenti ofisinin müşavirinə istinadən məlumat yayılıb.
Məlumata görə, bir neçə dəqiqədən sonra danışıqların üçüncü raundu başlayacaq. ( TASS)
***
Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın “Seqodnya” nəşri məlumat yayıb.
Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.
***
Belarusun xarici işlər naziri Vladimir Makey açılış nitqi ilə qonaqlara müraciət edib. Bu barədə RT məlumat yayıb.
Vladimir Makey bildirib ki, tərəflər özlərini tam təhlükəsizlikdə hiss edə bilərlər. Bundan əlavə Ukrayna və Rusiyanın razılığa gələcəyinə ümid edir.
***
Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
“Report” xəbər verir ki, bu barədə “Belta” məlumat yayı.
***
Ukrayna nümayəndə heyəti Rusiya nümayəndələri ilə danışıqlarda iştirak etmək üçün Ukrayna-Belarus sərhədi ərazisinə gəlib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, Ali Radanın deputatı Rüstəm Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski daxildir.
Danışıqların əsas məsələsi dərhal atəşkəs və qoşunların Ukrayna ərazisindən çıxarılmasıdır.
Rusiyanın heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir.


Şərhlər
Danışıqların nəticəsinə inanmıram. Çünki Rusiya işğalşı dövlətdir. O həmişə belə olub və olacaq da..... Rusiyaya qarşı tədbirlər çox zəifdir. Elə bil hamı rusdan qorxur. Bəs onda biz neyləyək?! Erməniləri üstümüzə göndərdi. Düzdür erməni onsuz da yaramazdır və rusun da yaramazlığını gətirək bu yaramazlığın üstünə.... Ukrayna Rusiyadan qorxmur. Deyəsən rusdan ancaq müsəlmanlar qorxur, o cümlədən biz......