Menu

Belarusdan Kiyevə 20-dək helikopter uçub

28.02.2022, 22:53
Belarusdan Kiyevə 20-dək helikopter uçub

Belarus ərazisindən 20-yə yaxın helikopter havaya qalxıb. Onlar Ukraynanın paytaxtı Kiyev şəhərinə doğru uçurlar.

“Report” UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Belaruslar bildirirlər ki, son 10 dəqiqə ərzində Belarus ərazisindən Kiyevə 20-dək helikopter uçub”, - məlumatda deyilir.

Helikopterlərdə nə qədər əsgərin olduğu barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol