“Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı ərizəsinin sürətləndirilməsi üzrə prosedur qəbul edilib, qeydiyyata alınıb və baxılmaq ərəfəsindədir”.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak bildirib.
“Fevralın 28-də Prezident Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzv olması prosedurunun sürətləndirilməsi üzrə ərizəni imzalayıb. Ərizə qəbul olunub və baxılır”, - Andrey Yermak tviter səhifəsində yazıb.


Şərhlər