Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya təcavüzünə yardımına görə Belarusa yeni sanksiyaları təsdiqləyib. Aİ-nin rotasiyalı prezidentliyinin sədri Fransa martın 2-də bildirib ki, sanksiyalar Belarusda Ukraynaya hücumlara kömək edən fərdləri, eləcə də bəzi iqtisadi sektorları, tir, polad, potaş sənayesini hədəfə alır.
Qeyd edək ki, Belarus Prezidenti Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə aktiv şəkildə dəstək verir, bu ölkənin ərazisindən paytaxt Kiyevə hücumlar təşkil edilir, artilleriya zərbələri endirilir.
Dünən isə Belarus ordsunun bir hissəsi sərhədi keçərək Ukraynanın Çerniqov şəhərəinə daxil olub. Qərbin sanksiyalarının genişləndirməsi Lukaşenko rejiminin bu təcavüzkar hərəkəti ilə bağlıdır.
27 üzvü olan blok indiyədək insan haqları pozuntularına görə Belarusa bir sıra sanksiyalar tətbiq edib. Buna Aleksandr Lukaşenko rejiminin 2020-ci ilin prezident seçkisinin nəticələrinə etiraz aksiyalarını amansızlıqla yatırtması səbəb olub. Lukaşenka seçkini udduğunu desə də, müxalifət nəticələrin saxtalaşdırıldığını, namizədi Svetlana Tixanovskayanın qalib gəldiyini bildirib.
"AzPolitika.info"


Şərhlər