Menu

Rusiyada feysbuk sosial şəbəkəsinə giriş bloklandı

04.03.2022, 22:54
Rusiyada feysbuk sosial şəbəkəsinə giriş bloklandı

Rusiyada feysbuk sosial şəbəkəsinə giriş bloklanıb. "Report" xəbər verir ki, bu barədə "Roskomnadzor"un mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, 2020-ci ilin oktyabr ayından feysbuk tərəfindən Rusiya mediasına və informasiya resurslarına qarşı 26 diskriminasiya faktı qeydə alınıb.

Son günlər bəzi media orqanlarının sosial şəbəkə hesablarına girişi məhdudlaşdırılıb. Bunların arasında "Zvezda" telekanalı, "RİA Novosti" xəbər agentliyi, "Sputnik", "Russia Today", "Lenta.ru" və "Gazeta.ru" informasiya resursları var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol