Menu

“Finlandiya və İsveçdə vəziyyət dəyişib...” – “İnsanların böyük əksəriyyəti NATO-ya qəbul edilməyimizi istəyir”

05.03.2022, 13:08
“Finlandiya və İsveçdə vəziyyət dəyişib...” – “İnsanların böyük əksəriyyəti NATO-ya qəbul edilməyimizi istəyir”

Rusiyanın güc yolu ilə ətraf ölkələri NATO-dan uzaqlaşdırmaq cəhdləri əks-effekt verməkdədir.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, Finlandiya Prezidenti Sauli Niinisto ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra ölkəsinin NATO-ya üzvlük üçün bütün göstəricilərə malik olduğunu deyib.

Prezident deyib ki, Baydenlə görüşdə Finlandiyanın müdafiə potensialını artırmaq istiqamətində razılıq əldə ediblər: “Finlandiyada da İsveçdə olduğu kimi vəziyyət dəyişib. İlk dəfədir ki, sorğuların nəticələrinə görə, insanların böyük əksəriyyəti NATO-ya girməyə tərəfdar çıxırlar. Biz, bu məsələnin parlamentdə müzakirəsi üçün açığıq”. Prezident deyib ki, bu məsələ ilə bağlı son qərarı parlament verəcək.

Xatırladaq ki, cari ilin yanvarında Finlandiya NATO-ya qəbul olunmaq fikrindən uzaq olduğunu bəyan etmişdi. Lakin Ukraynaya qarşı müharibə başlayandan sonra əhalinin və dövlətin mövqeyi kardinal şəkildə dəyişib. Bununla yanaşı, Rusiya Finlandiya və İsveçə NATO-ya qəbulla bağlı xəbərdarlıq etməkdən çəkinmir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol