Menu

"Deputatların vəzifələrindən biri seçiciləri narahat edən məsələləri qaldırmaqdır" - Sahibə Qafarova

05.03.2022, 17:33
"Deputatların vəzifələrindən biri seçiciləri narahat edən məsələləri qaldırmaqdır" - Sahibə Qafarova

"Milli Məclisin deputatlarının başlıca vəzifələrindən biri seçiciləri narahat edən məsələləri dövlət qurumları qarşısında qaldırmaq, onların həllinə dəstək verməkdir".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyası həyatın bütün sahələrində böyük uğurların əldə olunmasını təmin edib:

"Görülən məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz dinamik inkişaf edir, vətəndaşların sosial müdafiəsi, rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu inkişaf meylləri regionlarda da özünü aydın şəkildə göstərir. Əvvəllər seçicilərin müraciətlərində əks olunan bir sıra məsələlər artıq öz həllini tapıb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol