Xersonda baş verən mitinq zamanı qəribə hadisə qeydə alınıb. Belə ki, ukraynalılar Rusiya ordusuna məxsus ZTR-in üstünə əllərində Ukrayna bayrağı ilə çıxıblar.
Belə halda zirehli maşın şəhər küçələrini gəzib.
Bu davranış mitinqçilər arasında böyük coşqu ilə qarşılanıb.
İşğalçı rus hərbçiləri Luqansk vilayətinin Novopskov bölgəsində dinc etirazçılara atəş açıb. Hadisə nəticəsində üç nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Luqansk vilayəti hərbi-mülki administrasiyasının rəhbəri Sergey Qayday bildirib ki, etirazçılar silahsız olublar.


Şərhlər