Menu

"Bayrağımızda ləkə yoxdur və olmayacaq" - Zelenski

07.03.2022, 13:56
"Bayrağımızda ləkə yoxdur və olmayacaq" - Zelenski

“Bizim bayrağımızda qan, qara ləkə, bataqlıq yoxdur və heç vaxt olmayacaq”.

“Report” Ukrayna Prezident Ofisinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bunu martın 7-də ölkə Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

“Ukrayna bayrağı dinc, məhsuldar, qızıl tanksız torpaqdır. Bu, dinc, təmiz, mavi və raketsiz səmadır. Belə olub, belə də olacaq”, - Volodimir Zelenski deyib.

V.Zelenski dünyanı rəsmi Moskvaya qarşı yeni sanksiyalar qəbul etməyə, Rusiyanın ixracatından, xüsusi ilə neft və neft məhsullarından imtinaya çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol