Menu

“Wali” ləqəbli məşhur snayper ruslara qarşı döyüşəcək - FOTO

07.03.2022, 14:19
“Wali” ləqəbli məşhur snayper ruslara qarşı döyüşəcək - FOTO

Snayperlər üzrə dünya sıralamasında yüksək reytinqə sahib olan “Wali” ləqəbli kanadalı snayper Ukraynada ruslara qarşı döyüşəcək. Kanadalı snayperin artıq Ukrayna ordusuna qatıldığı və Kiyev ətrafındakı döyüşlərdə iştirak etdiyi bildirilir.

“AzPolitika.info” “CBC News” nəşrinə istinadla xəbər verir ki, kanadalı snayper xarici legion qruplaşmasının tərkibində Polşa sərhəddini keçərək Ukrayna ərazisinə daxil olub.

Wali bir neçə gün öncə “CBC News”-a müsahibəsində bildirib ki, o ukraynalılara kömək istəyir: “Hər şey çox sadədir. Mən Ukrayna xalqına kömək etməliyəm. Çünki Ukraynada insanlar rus yox, avropalı olmaq istədikləri üçün öldürülürlər. Məncə Ukrayna xalqı buna layiq deyil”.

Qeyd edək ki, Əfqanıstanda “Wali” ləqəbi verilən kanadalı snayperin Suriyadakı döyüşlərdə 500-dən artıq İŞİD terrorçusunu məhv etdiyi bildirilir.

“AzPolitika.info”

Şərhlər

Əliəddin 2022-03-07 16:30:30

Ukraynaya, ukrayn xalqına, onun siyasilərinə, hərbçilərinə, WALIYƏ EŞQ OLSUN! Ukaraynaya köməyə gələn bütün LEGİONERLƏRİ ALLAH QORUSUN! Amin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol