Menu

“X5 Qroup” bəzi ərzaq məhsullarının satışına məhdudiyyət qoyub

09.03.2022, 00:03
“X5 Qroup” bəzi ərzaq məhsullarının satışına məhdudiyyət qoyub

Rusiyanın “X5 Qroup” şirkəti (Bura «Pyatyoroçka», «Karusel» və «Perekrestok» daxildir) bəzi ərzaq məhsullarının və malların bir nəfərə satılmasını məhdudlaşdırır.

Bu barədə martın 5-də “RİA Novosti” agentliyi riteylerin mətbuat xidmətinə istinadla xəbər verib.

«”X5 Qroup”un mağazaları vətəndaşlar tərəfindən bəzi malların böyük həcmlərdə satın alınmasını məhdudlaşdırır. Bu ərəfədə «Aşan»ın bəzi mağazalarında (Moskva) saxlama müddəti uzun olan ərzaqların satışı məhdudlaşdırılıb» - bəyanatda deyilir.

Həm də qeyd olunur ki, bir sıra bölgələrdə bakqaliyyə qrupu mallarına kəskin tələbat müşahidə olunur - şəkər, qarabaşaq, günəbaxan yağı və digər minimal qiymət artımlı məhsullar.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol