Menu

Rusiyalı hərbçilər Ukraynada “qırmızı xaç”lı mikroavtobusu güllələyiblər

09.03.2022, 00:33
Rusiyalı hərbçilər Ukraynada “qırmızı xaç”lı mikroavtobusu güllələyiblər

Rusiyalı hərbçilər üzərində “qırmızı xaç” işarəsi olan mikroavtobusa atəş açıblar. İnsident martın 8-də Nikolayev vilayətində, Kirovoqrad şossesində baş verib.

Bu barədə Nikolaev Regional Şurasının rəhbəri Anna Zamazeeva “Telegram”-da məlumat verib.

Məlumata görə, nəqliyyat vasitəsində uşaq evi tərbiyəçiləri olub.

Atəş nəticəsində mikroavtobus alovlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol