“Rusiya Mərkəzi Bankının sədri yaranmış situasiyaya hazır olmadığı üçün istefa verib. Siçanlar rus gəmisindən qaçmağa başlayıblar. İstefa qəbul edilməyib. Putin özü ilə birgə ətrafını da dibə dartır...”
“AzPolitikia.info” xəbər verir ki, bu sözləri Ukraynanın sabiq baş naziri Aleksey Qonçaruk Özünün “Facebook” səhifəsində yazıb. Məlumatı “Obozrevatel” nəşri də öz mənbələrinə istinadla təsdiqləyib.
Məlumatda deyilir ki, Mərkəzi Bankın sədri Elvira Nabiullina Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən ölkənin pul-maliyyə sisteminin ağır duruma düşməsi və prosesi idarə etməyin mümkünsüzlüyünü nəzərə alaraq, istefa verib. Hətta baş nazir Mixail Mişustinlə görüşərək, qərarının Putinə çatdırılmasını istəyib. Lakin Rusiya başçısı istefanı qəbul etməyib.
Qeyd edək ki, Rusiyada milli valyutanın sürətlə dəyər itirməsi davam edir. Artıq martın 9-u səhər 1 dolların 190-200 rubl civarında olduğu bildirilir.
“AzPolitika.info”


Şərhlər
Vuqar bey , tam doqru !!
Yerlə-yeksan olsunlar. Bəlkə biz də bir gün görərik. Allah zalımların belini qırsın!
Qoy çöksün bu çürük regim.Putin bilməli idi ki,günlərin bir günü o da kiminsə qarşısında ..ağır sınaqlardan..keçəcək!
Putinin bu hərəkəti ..qudurğanlıq dan..doğur və istər-istəməz adama.. qızıl baliq..tutmuş qocanın xanımını xatırladır!
Dünyaya SULH gərəkdir MUHARİBƏ yox!