Menu

Avropada koronavirusun "deltakron" ştamı aşkarlanıb

10.03.2022, 08:49
Avropada koronavirusun "deltakron" ştamı aşkarlanıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun "deltakron" ştamının ortaya çıxmasından xəbərdardır.

"Report" xəbər verir ki, bunu ÜST-ün Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerxove brifinqdə deyib.

Onun sözlərinə görə, "deltakron" Avropanın bir sıra ölkələrində qeydə alınıb, lakin yoluxma faizi aşağıdır.

"Yeni ştam Fransa, Niderland və Danimarkada müəyyən edilib. Lakin infeksiyanın çox aşağı səviyyəsi müəyyən olunub", - Van Kerxove deyib.

"Deltakron" "delta" və "omikron" alt növlərinin birləşməsindən yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol