Menu

Bu rus pilotlara 1.000.000 dollar mükafat veriləcək - Ukrayna MN açıqladı

11.03.2022, 12:12
Bu rus pilotlara 1.000.000 dollar mükafat veriləcək - Ukrayna MN açıqladı

Ukrayna Müdafiə Nazirliyi təyyarəsi ilə birlikdə təslim olan rus pilotları mükafatlandıracağını açıqlayıb.

“AzPolitika.info” Ukrayna Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, “Ukroboronprom” un (Ukrayna Müdafiə Sənayesi) baş direktoru Yuri Qusev işğalçılardan oğurlanmış döyüş təyyarələrinə görə, rus pilotlara ödəniş edəcəyini bildirib: “Rusiyadan qaçırılan və işlək vəziyyətdə olan təyyarə üçün hər pilota 1.000.000 dollar, helikopter üçün isə 500.000 dollar pul ödəniləcək”.

O, qeyd edib ki, bunu edən pilotlara Ukrayna vətəndaşlığı veriləcək və onların təhlükəsizliyi təmin olunacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol