Menu

QMİ məscidlərə dini rəhbər təyin edə bilməyəcək

11.03.2022, 15:32
QMİ məscidlərə dini rəhbər təyin edə bilməyəcək

Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınıb.

"Report"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.

Şərhlər

t.ədalət 2022-03-11 22:04:20

Məscidləri,ancaq DTX vasitəsi ilə nəzarətə götürmək lazımdır.O ki qaldı kiminsə məscidin axundu seçilməsinə,bunu ərazidəki dindarların öhdəsinə buraxmaq lazımdır.Dini qurumlarla iş üzrə komitə sədri,elə bilirəm ki,bu vəzifəyə təyin olunanadək "Allahu-əkbər!" kəlməsini belə bilməyib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol