Menu

Mariupolda artilleriya hücumu nəticəsində iki məscid dağıdılıb

11.03.2022, 17:17
Mariupolda artilleriya hücumu nəticəsində iki məscid dağıdılıb

Ukraynanın Mariupol şəhərində Rusiya silahlı qüvvələrinin şiddətli artilleriya hücumu nəticəsində Sultan Süleyman və Roksalananın adını daşıyan məscid dağıdılıb.

“Report”un Şərqi Avropa bürosunun əladə etdiyi məlumata görə, həmin ərazidə yerli sakinlər və azərbaycanlılarla yanaşı 85 Türkiyə vətəndaşı da mühasirəyə düşüb. Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova da hazırda həmin şəhərdə mühasirədədir.

Qeyd edək ki, Mariupolda 15 oktyabr 2007-ci ildə Türkiyənin yüksək vəzifəli şəxslərinin iştirakı ilə Sultan Süleyman və Roksolananın şərəfinə Mariupol məscidi və eyni adlı İslam Mədəniyyət Mərkəzinin açılışı olmuşdu. Məscid Mariupolun mərkəzi bazarının direktoru Salix Cihanın və şəhərin Azərbaycan icmasının digər üzvlərinin maliyyəsi ilə inşa olunmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol