Menu

Bentley, Ferrari və Lamborghini pulsuz taksi olacaq

03.11.2014, 10:11
Bentley, Ferrari və Lamborghini pulsuz taksi olacaq

Bu maşınların qiyməti 1 milyon dirhəmdən başlayır.

Dubay sakinləri və turistlər 21 noyabrdan 6 dekabradək istirahət günlərində pulsuz superkar taksilərdən istifadə edə biləcəklər, Emirates 24/7 portalı xəbər verir.

Taksi xidmətinə Rolls-Royce, Bentley, Ferrari, Lamborghini və AMG G Class Limo avtomobilləri təqdim olunur. Aksiya Yaxın Şərqdə ən böyük avtomobil sərgisi Dubai Motor Show çərçivəsində keçirilir.

Qeyd edək ki, bu maşınların qiyməti 1 milyon dirhəmdən başlayır (270 min dollar). /oxu.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol