Menu

“Bu, ağılsızlıq və cadugər ovudur” – Peskovun qızı sanksiyalardan şikayətləndi

13.03.2022, 21:13
“Bu, ağılsızlıq və cadugər ovudur” – Peskovun qızı sanksiyalardan şikayətləndi

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı Liza Peskova sanksiya siyahısına salınmasından qəzəblənib. 24 yaşlı qız hesab edir ki, bu ağılsızlıq və cadugər ovudur. 

“AzPolitika.info” xəbər verir ki, o,sosial şəbəkə hesabında belə yazıb: “Bu gün ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyində mənə qarşı irəli sürülən sanksiyaların əsaslandırılmasını oxudum. Fikrimcə, artıq çoxdandır öz şəxsi və professional həyatını yaşayan böyük övladlara sanksiya tətbiq etmək ağılsızlıqdır. Qohumlara müharibəyə kömək etmək ittihamı elan etmək ağılsızlıqdır. Bu qaydaları əldə rəhbər tutaraq, Avropa və Amerikada hər bir ailənin tarixini qaldırmaq, əcdadlarının atdığı addımlara görə onların uşaqları və nəvələrinə sanksiya tətbiq etmək olar. Biz onu da əla başa düşürük ki, belə cadugər ovu və ruslarla bağlı olan hər şeyə ağılsız nifrət zamanı, orada ədalətli məhkəmə yoxdur. Görünür orada hüquqlar müxtəlif kateqoriyadan olanlara müxtəlif cür şamil olunur”.

“AzPolitika.info”

Şərhlər

TT 2022-03-14 03:29:14

Sen ôlesen ,,, mehkeme rusiyada dûz heee ? DURA !!!

Seyid Ə 2022-03-14 00:47:25

Peskovun 5 arvaddan 8 uşağı var.Hazırda 6-cı nigahındadır. Təkcə bu qıza sanksiya tətbiq edilib?Bəs o biriləri?

musa 2022-03-14 00:15:23

alkaş qızı .bunların yeri səhradır atasan ora görünməsinlər .cındırlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol