Menu

Əfqanıstan, Türkiyə və Qətər Kabil aeroportu ilə bağlı razılaşmaya yaxındır

14.03.2022, 13:11
Əfqanıstan, Türkiyə və Qətər Kabil aeroportu ilə bağlı razılaşmaya yaxındır

Əfqanıstandakı müvəqqəti “Taliban” hökumətinin nümayəndə heyəti Türkiyəyə səfəri zamanı bu ölkənin rəsmiləri ilə görüşüb, Əfqanıstanda Kabil Hava Limanı və bir sıra digər beynəlxalq hava limanlarının istismarı ilə bağlı gözlənilən razılaşmanı müzakirə edib.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, “Taliban”ın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Muttakinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə, Əfqanıstan hava limanları da daxil olmaqla, bir sıra məsələlərin həlli ilə bağlı razılığa gəlinib.

XİN-nin bəyanatında deyilir ki, tərəflər Kabil Hava Limanı və Əfqanıstanın digər Beynəlxalq hava limanları ilə bağlı danışıb, müqavilənin əlavə müzakirələrə ehtiyacı olan müddəalarını qiymətləndirib. Qətər də daxil olmaqla, hər iki ölkə yaxın gələcəkdə texniki müzakirələr vasitəsilə həll edilməmiş məsələləri həll etməyə çalışacaq.

Ötən ilin noyabrında “Reuters” öz mənbələrinə istinadən xəbər vermişdi ki, Birləşmiş Ərəb Əmirlikləri Kabil Hava Limanını idarə etmək üçün İslam Əmirliyi ilə danışıqlar aparıb. Lakin Türkiyə və Qətərin hazırda ilk seçim olduğu söylənilir: “Prioritet Türkiyə və Qətərdir. Dekabr ayında bir sıra əfqan iş adamları İslam Əmirliyini Kabil Hava Limanını idarə etmək üçün BƏƏ-dən olan bir şirkətlə müqavilə imzalamağa çağırıb, çünki onlara görə, BƏƏ-də 200.000-dən çox əfqan məskunlaşıb və oraya milyonlarla dollar sərmayə qoyub. Əfqanıstan hava limanı onların BƏƏ-yə çıxışına təsir göstərəcək”.

Bundan əvvəl Türkiyə bildirib ki, onların təhlükəsizlik problemləri həll olunarsa, Ankara və Doha Kabil Hava Limanını birgə işlətməyə hazırdır.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol