Menu

Kreml Kadırovun Ukraynada olması haqda məlumatları şərh edib

14.03.2022, 16:04
Kreml Kadırovun Ukraynada olması haqda məlumatları şərh edib

“Kremlin Ramzan Kadırovun Ukraynada əməliyyat zonasına səfər etməsi ilə bağlı məlumatı yoxdur”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov söyləyib.

Xatırladaq ki, martın 13-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov hərbi əməliyyatlarda iştirak etmək üçün guya Ukraynanın Kiyev vilayətinə səfər edib. O, qapalı məkandan videomüraciət yayımlayaraq “banderaçı” və “çeçendilli şeytanlar”ı cəzalandıracağını vəd edib və məqsədin Kiyevi ələ keçirmək olduğunu söyləyib.

Çeçenistan rəhbərinin Ukrayna ərazisində olması rəsmi olaraq təsdiqlənməsə də, Ukrayna Prezident Ofisinin rəsmisi Oleksiy Arestoviç buna münasibət bildirib: “Əgər o, həqiqətən də, Kiyev ətrafındadırsa, Ukrayna Silahlı Qüvvələri onu məhv edəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol