Menu

Ukrayna səfiri Gürcüstana qayıdıb

15.03.2022, 09:49
Ukrayna səfiri Gürcüstana qayıdıb

Gürcüstanın Ukraynadakı səfiri İqor Dolqov ölkəsindədir.

APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən xəbərinə görə, diplomat Tbilisidəki iqamətgahında görüntülənib.

İ.Dolqov Tbilisidə olması ilə bağlı suala cavab verməyib və media üçün açıqlamanın bu gün keçiriləcəyini qeyd edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski martın 1-də Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqovu məsləhətləşmələr üçün geri çağırıb. Volodimir Zelenski bu qərarını Gürcüstan hökumətinin Ukraynada döyüşmək istəyən gürcü könüllülərin yola düşməsinə mane olması ilə əlaqələndirib. Gürcüstan Prezidenti Salome Zurabişvili ötən gün ölkə parlamentində çıxışı zamanı həmkarı Volodimir Zelenskini Ukrayna səfirini Gürcüstana geri qaytarmağa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol